DYP-də Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar tədbir keçirilib - FOTO

İctimai nəqliyyat 25 Fevral 2022 | 12:22
OXUNUB: 718

Bu gün Bakı Şəhər Dövlət Yol Polis İdarəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar tədbir keçirilib.

Avtosfer.az-ın xəbərinə görə, tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra İdarə rəisi, polis polkovniki Rəşid Piriyev şəxsi heyətə qarşısında Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, tarixən bu cür faciələr Azərbaycan xalqının başına çox gətirilib. Lakin xalqımız hər zaman bu faciələrin qisası uğrunda çalışıb. Nəhayət, 2020-ci ildə xalqın Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında birləşməsi, Orduya olan inam Azərbaycanı uğura apardı və bu gün bütün şəhidlərimizin ruhu şaddır. 

İdarə rəisi bildirdi ki, şəxsi heyət arasında bu cür tədbirlərin keçirilməsi tarixi qan yaddaşımızı yeniləmək, əməkdaşların biliklərini atırmaqdır.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov da çıxış edib. O, xalqımıza qarşı aparılan soyqırım siyasətinin tarixi barədə geniş məlumat verib. Bildirib ki, ermənilər rus imperiyasının bir siyasəti olaraq Qarabağa, Zəngəzura yerləşdirilib və o dövrdən də Azərbaycan başına müxtəlif faciələr gətirilib: "Təəssüf ki, unutqanlıq etmişik və sonda yeni faciələr yaşamışıq".

Tarixçi alim bildirib ki, polis əməkdaşlarının tarixə biganə yanaşmaması təqdirəlayiq haldır: "Hər birimiz bu faciələrdən nəticə çıxarmalıyıq. Ermənilərlə qonşu kimi birlikdə yaşaya bilərik. Amma tarixi heç vaxt unutmaq olmaz".

Tədbir mövzu ətrafında aparılan müzakirələrlə başa çatıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man