Masallıda qaydaları pozan 35 sürücü cərimələnib - FOTO

İctimai nəqliyyat 22 Fevral 2022 | 21:58
OXUNUB: 1146

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ictimai nəqliyyatda sərnişinlərin gigiyenik vasitələr, həmçinin sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib. Həmçinin reyd zamanı atmosferə buraxdığı zərərli qazların miqdarı normadan artıq olan avtomobillərin sürücüləri, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edənlər və digər qayda pozuntularına yol verənlər aşkarlanıb. Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq tədbirlər görülüb. Həm sürücülərə həm də sərnişinlərə izah olunub ki, görülən bütün bu nəzarət profilaktiki tədbirlər yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təmin edilməsi və onların sağlamlığının qorunmasından ötrüdür.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man