Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev yeni vəzifəyə təyin edilib. Bu barədə Namidan Piriyev özü məlumat verib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, N.Piriyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, iki ay əvvəl rəis müavini, polkovnik Elşən Kazımov təqaüdə göndərilib.