DYP-dən sürücünün iddialarına cavab: konstruksiya dəyişikliyi,1971 manat cərimə... - VİDEO

İctimai nəqliyyat 19 Fevral 2022 | 21:12
OXUNUB: 30024

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücü Sultanov Rauf Yusif oğlunun İdarə rəhbərliyi və Yol polisinin ünvanına sosial şəbəkələr vasitəsilə səsləndirdiyi iddialara cavab verib. İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli Avtosfer.az-a bildirib ki, sürücünün sosial şəbəkələr vasitəsilə ünvanladığı müraciət qərəzlidir. "Məsuliyyətdən yayınmaq üçün ictimai rəydə neqativ fikirlər formalaşdıran sürücü müxtəlif vaxtlarda İnzibati Xətalar Məcəlləsinin 342.2.4, 342.1.3, 342.2.2 və digər maddələrin tələblərini - konstruksiya dəyişiklikləri,  icazə verilməyən pərdədən və plyonkadan istifadə, dövlət nömrə nişanı olmadan avtomobilin idarə olunması qaydalarını pozduğuna görə saxlanılıb. Barəsində qanunauyğun şəkildə tədbir görülüb. Nəqliyyat vasitəsi zavod istehsalı vəziyyətinə qaytatıldıqdan sonra duracaqdan buraxılıb. 
Lakin sonuncu dəfə saxlanılan zaman sürücü yenə də idarə etdiyi 99-OS-084 dövlət nömrə nişanlı, "Tofaş" markalı avtomobil ilə təkrar olaraq eyni qayda pozuntularına yol verib. Avtomobildə icazə verilməyən pərdədən istifadə,  dövlət nömrə nişanı olmadan maşını idarə etmək və müxtəlif konstruksiya dəyişiklikləri etməklə kobud şəkildə qaydaları pozub. Dövlət yol polisi sürücünü aşkarlayıb və müvafiq qanun pozuntularına uyğun olaraq avtomobili duracağa yerləşdirilib. Qeyd edək ki, sürücünün 1971 manat məbləğində ödənməmiş cərimələri də var və sürücü bu barədə məlumatlandırılıb."
Rüstəm Əhmədli onu da əlavə edib ki, qeyd olunan qanun pozuntularının aradan qaldırılacağı, avtomobilin zavod istehsalı vəziyyətinə qaytarılacağı və ödənilməyən 1971 manat  cərimənin ödəniləcəyi təqdirdə avtomobilin duracaqlar buraxılacaq. 
"Sürücünün sosial şəbəkələrdə məlum çıxışı və iddiaları haqsızdır və yol polisinin fəaliyyətinə kölgə salmaq, məsuliyyətdən yayınmaq məqsədi güdür."

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man