Sakinlər Suraxanı DYP-dən narazılıq edir: “Həyətdə bizə cərimə yazırlar” - FOTO

İctimai nəqliyyat 15 Fevral 2022 | 19:27
OXUNUB: 5717

Suraxanı rayonu Əmircan qəsəbəsində yol polisi binanın həyətində maşın saxlayan sakinlərə cərimə yazıb. Sakinlər Avtosfer.az-a bildirib ki, Səttar Bəhlulzadə küçəsi, 48 saylı binanın həyətində dayanan avtomobillərin sürücüləri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən cərimələnib: “Yol polisinə dedik ki, niyə belə edirsiniz, onlar da cavab verdi ki, rəisin tapşırığıdır. Bizə deyirlər ki, piyada səkisidir, orada dayanmaq olmaz”.

Avtosfer.az bildirir ki, sözügedən ərazidəki binalar sovet dövründə tikilib və həmin dövrün tikinti normalarına görə maşınlara cərimə yazılan həmin nöqtə həyatyanı sahə sayılır. Yəni, qaydalara görə, bu ərazinin bir hissəsi səki, qalanı isə binanın həyətidir. Bu baxımdan, orada bir cərgə ilə dayanmış maşınların sürücülərinə dayanma-durmaya görə cərimə yazmaq düzgün deyil.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man