Yol polisi Xəzərdə narkoman sürücü tutdu - FOTO - VİDEO

İctimai nəqliyyat 14 Fevral 2022 | 15:54
OXUNUB: 2533

Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, sürücü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün yol polisi ona “saxla” işarəsi verib. Onun hərəkətlərində şübhə yaranıb və aparılan araşdırma zamanı 77-BO-926 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsü Quliyev Elsevər Eldar oğlunun narkotik vasitə qəbul edərək sükan arxasında avtomobil idarə etdiyi təsdiqlənib. Sürücü özü əməlini etiraf edib və peşiman olduğunu bildirib.

Xəzər Rayon Dövlət Yol Polisi Şöbəsində Quliyev Elsevər Eldar oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə protokol tərtib olunub və fakt üzrə toplanmaış materiallar aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilib.

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man