Səbaildə yol polisi təhlükəli keçidi rənglətdirdi - FOTO

İctimai nəqliyyat 12 Fevral 2022 | 12:33
OXUNUB: 975

Təxminən 6 ay öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları Bayıl dairəsi kimi tanınan ərazidə asfaltı qaşıtdıraraq yeni asfalt döşəməsini nəzərdə tutmuşdu. Lakin asfaltın qaşınması həyata keçirilsə də yenisi ilə əvəzlənməsi yaddan çıxdı. Təxminən iki ay əvvəl əraziyə yenidən asfalt döşənib, lakin piyada keçidi təmin olunmayıb. Odur ki, 6 aya yaxındır ki,  ərazidə yaşayan piyadalar təhlükə ilə üz-üzə qalırdı. Piyada nişanı olsa da, avtomobillərin yaxınlıqda park edilməsi onu görünməz hala gətirib çıxardırdı. Üstəlik asfalt üzərində zebranın olmaması da təhlükəli idi. 
Dünən Səbail rayon Dövlət Yol Polisi şöbəsinin rəhbərliyi AAYDA əməkdaşlarını əraziyə dəvət edib. Piyada keçidi yenidən çəkilərək təhlükəli vəziyyət aradan qaldırılıb.

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man