Yol polisi Bakıda dayanma-durma ilə bağlı reyd keçirdi; cərimə yazılmadı – VİDEO-FOTO

İctimai nəqliyyat 11 Fevral 2022 | 15:38
OXUNUB: 2297

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma-durma və parklanma qaydalarının pozulma qaydalarına qarşı təbliğat xarakterli tədbirləri davam edirir. Belə tədbirlərin keçirilməsində məqsəd yollarda sıxlığın və tıxacın qarşısını almaq, normal hərəkəti təmin etməkdir.

Bu gün Bakı şəhər DYP İdarəsinin əməkdaşları Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birlikdə paytaxtın 28 May metrostansiyası ətrafında, eləcə də 28 May və Füzuli küçələrində tədbirlər keçirib. Avtosfer.az xəbər verir ki, keçirilən tədbirlər zamanı dayanma-durma qaydasını pozan onlarla sürücü aşkar edilib. Yol polisi əməkdaşları sürücülərlər profilaktiki söhbətlər aparıb, onlara törətdikləri xətaların digər hərəkət iştirakçılarına təsirini izah ediblər. Sürücülərin bəzisi telefonla danışmaq, müştəri gözləmək, başqalarının onun obyektinin qarşısında maşın saxlamaması üçün qayda pozduqlarını bildiriblər.

Yol polisi əməkdaşları qayda pozan sürücülərə xəbərdarlıq edərək dayanma-durma qaydalarına əməl etməyin vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, bir sürücünün dayanma-durma qaydasını pozması onlarla sürücünün və piyadanın normal hərəkətinə çətinlik yaradır. Bu da yollarda süni sıxlığın və tıxacın yaranmasına səbəb olur.

Qeyd edək ki, keçirilən tədbirlər zamanı yol polisi tərəfindən sürücülərə protokol yazılmayıb. Bakı şəhər DYP İdarəsi hesab edir ki, maarifləndirmə yolu ilə müsbət dəyişikliklərə nail olunacaq.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man