Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib

İctimai nəqliyyat 11 Fevral 2022 | 09:56
OXUNUB: 1245

Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı qapalı məkanlarda tibbi maskadan istifadə etməyən,özləri ilə yanaşı digərlərinin də sağlamlığına məsuliyyətsiz yanaşan satıcı və alıcılar müəyyənləşdirilib. Mövcud qaydalara riayət etməyin vacibliyi onların diqqətinə çatdırılıb, qanunun tələbləri bir daha izah edilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən isə ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər aşkarlanıb, onlarla izahedici söhbətlər aparılıb.

Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər saxlanılıb. Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man