Fevralın 9-u axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində rayon dövlət yol polisi şöbəsinin əməkdaşları “Naz Lifan” markalı avtomobilin sürücüsünü saxlayıb. Avtosfer.az xəbər verir ki, avtomobilin saxlanmasına səbəb sürücünün maşına sayrışan işıqlar quraşdırması, dövlət nömrə nişanı olmadan idarə etməsi, o cümlədən avtoxuliqanlıq hərəkətləri edərək sürət həddini aşması, svetoforun qırmızı işığında keçərək digər hərəkət iştirakçılarına təhlükə yaratması olub.
Saxlanılan zaman qazi olduğunu iddia edən şəxs YPX əməkdaşları ilə mübahisə edib. Hətta özünü yandıracağı ilə hədələyib. Hadisə yerinə Post Patrul Xidməti əməkdaşları dəvət olunub və avtomobil duracağa aparılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, sürücü barəsində qanunamüvafiq qaydada inzibati tənbeh tədbiri görülüb.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man