Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti alayının 11-ci tağımının əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü S.Məmmədzadənin müvafiq kateqoriya olmadan, qanunsuz olaraq rayondaxili sərnişindaşıma ilə məşğul olduğu müəyyən edilib. Eyni zamanda həmin şəxsin narkotik vasitə və ya psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən S.Məmmədzadənin psixotrop maddədən istifadə etdiyi məlum olub. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man