Vilayət Eyvazov nazir müavininin qardaşının yerinə onu RƏİS TƏYİN ETDİ

İctimai nəqliyyat 09 Fevral 2022 | 15:07
OXUNUB: 636

Ağdaş rayonuna yeni polis rəisi təyin olunub.

Avtosfer.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Həsənalıyev Vəfalı Həsən oğlu tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə ə o, Ağdaş rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd  edək ki, Ağdaş rayon Polis Şöbəsinin sabiq rəisi polis polkovniki Rasim Mustafayev idi. O, bir müddət öncə vəzifəsindən azad olunaraq, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. 

Onu da qeyd edək ki, Rasim Mustafayev Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır.

lent.az

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man