DYP-dən duman işıqlarına LED quraşdıran sürücülər barəsində AÇIQLAMA

İctimai nəqliyyat 07 Fevral 2022 | 16:24
OXUNUB: 17883

Azərbaycanda sürücülərin nəqliyyat vasitəsinə quraşdırdığı xarici işıq cihazları çox zaman digər hərəkət iştirakçılarına mane olur. 

Belə ki, söhbət əsasən istehsalçı zavod tərəfindən duman işıqlarına hallogen lampa əvəzinə LED işıq quraşdıran sürücülərdən gedir. Bəzən vəziyyətə uyğun və təyinatı üzrə istifadə edilməyən bu işıqlar hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinin diqqətini yayındıra və görmə bucağını məhdudlaşdıra bilir.

Bu məsələ ilə bağlı sürücülər tərəfindən sosial şəbəkələrdə, bir çox platformalarda şikayət paylaşımlarına rast gəlirik.

Bəs görəsən avtomobilə quraşdırılan həmin işıqlar əslində nə zaman və hansı şərtlərdə istifadə edilməlidir? Bu işıqların təyinatına uyğun olmadan, yerli-yersiz istifadəsi sürücü barəsində inzibati məsuliyyət yaradırmı?

Məsələ ilə bağlı Oxu.az-ın əməkdaşının suallarını Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablandırıb. 

Polis mayoru bildirib ki, avtomobilin xarici işıq sisteminin düzgün istifadə olunmaması nəyin ki inzibati xəta yaradır, eyni zamanda sürücünün digər sürücülərə, yol hərəkəti iştirakçılarına, cəmiyyətə hörmətsizlik etməsi və real təhlükə mənbəyi kimi qiymətləndirilə bilər:

“Əvvəla hüquqi məsuliyyət yaradan hallara və anlayışlara diqqət yetirək:

Əgər sürücü istehsalçı tərəfindən nəzərdə tutulan işıq cihazını əlavə müdaxilə etmədən düzgün istifadə etməyib, yəni nasaz vəziyyətə idarə edirsə, bu hal 50 manatlıq cərimə müəyyən edən hal kimi qiymətləndirilir. Sürücü istehsalçının müəyyən etdiyi işıq sisteminə müdaxilə edib istismar qaydalarını pozursa, yəni avtomobilinə nəzərdə tutulmayan işıq cihazları quraşdırırsa, bu halda qanunla sürücünü 150 manat məbləğində cərimə gözləyir.

Digər tərəfdən sürücülərin hər iki halda yollardakı məsuliyyətsiz hərəkətlərinin yarada biləcəyi fəsadlar müxtəlifdir. Belə ki, bəzən sürücülər avtomobilin cəlbedici görünməsi, bəzən isə sutkanın qaranlıq saatlarda öz yolunu maksimum işıqlı etmək məqsədilə qarşıdan gələn sürücünün, elə özünün də təhlükəsizliyini düşünmədən uzaq vuran işıqlarla və yaxud standartlardan kənar kustar metodlarla quraşdırılmış işıqlardan istifadə edirlər. Bu halda digər sürücünün idarəetməni ani itirərək ağır qəza törətməsi istisna deyil. 

Bəzən bu kimi səbəblərdən qəzalar hətta qaçılmaz olur. Hər hansısa sürücü bu addımı bilə-bilə edirsə, təbii ki, bu hərəkət iştirakçıların hiddətinə və kəskin reaksiyasına səbəb olur. Ümumi istifadə olunan yollarda bu cür məsuliyyətsiz addımlar nəinki bədbəxt hadisələrə real zəmin yaradır, ümumilikdə sürücü mədəniyyətinə olduqca mənfi təsir göstərir. İctimai yerlərdə olduğu kimi ümumi istifadə olunan yollarda da sürücülərin ictimai məsuliyyət hissini itirməməsi çox önəmlidir. 

Bir daha sürücülərdən yol hərəkəti iştirakçısı kimi bir-birlərinə qarşı məsuliyyətli olmalarını, yol hərəkəti qaydalarına ciddi əməl etməyi xahiş edirik”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man