BNA-nın dayanma-durma ilə bağlı cərimə yazmaq səlahiyyəti alındı?

İctimai nəqliyyat 07 Fevral 2022 | 14:41
OXUNUB: 2851

Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanında öz əksini tapıb.

Fərmanda qeyd edilib ki, Agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin edilməlidir.

Qeyd edək ki, BNA dayanma-durma ilə bağlı cərimələri kamera vasitəsilə yazan zaman NİİM tabeliyində olan sistemdən istifadə edirdi. Artıq bu istemin Daxili İşlər Nazirliyinə verildiyini nəzərə alsaq parklanma ilə cərimələri də yol polisi yazacaq. 

Amma BNA əməkdaşlarının planşet işə cərimə yazmaq səlahiyyətləri qalır. 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man