Heykəltəraşdan 2000 manat tələb edən polislər CƏZALANDIRILDI

İctimai nəqliyyat 03 Fevral 2022 | 13:08
OXUNUB: 3224

Heykəltəraş Rəşid Məhərrəmovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının ondan 2000 tələb etməsi ilə bağlı şikayəti barədə araşdırma başa çatıb. 

Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən əldə etdiyi məlumata görə, xidməti yoxlamanın nəticəsində yol-patrul xidməti əməkdaşları barəsində intizam tənbehi tədbirləri görülüb.

Qeyd edək ki, Heykəltəraş Rəşid Məhərrəmov sosial şəbəkə hesabında paylaşım edərək bildirmişdi ki, tanışım olan bir xanımla özlərinə məxsus maşında Xırdalandan qayıdan zaman xanım ona zəng vuraraq halının birdən pisləşdiyini bildirib.

Həmin vaxt “Ekologiya” postunu (Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyü) keçəndən sonra, avtovağzala çatmamış xanımla birgə avtomobillərini saxlayan zaman polis onlara yaxınlaşaraq 2000 manat tələb edib.  

oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man