Yol polisi yayılan görüntülər barədə açıqlama yaydı: "Video çəkib paylaşmaqla həvəs yaradırlar"

İctimai nəqliyyat 03 Fevral 2022 | 12:23
OXUNUB: 5441

Son günlər müxtəlif internet saytlarında və ya sosial şəbəkələrdə yol hərəkəti qaydalarını pozan şəxslər və onların yol polisi tərəfindən təqib olunması kimi materiallar paylaşılır. Bu materiallar polisin cəmiyyətdəki nüfuzuna xələl gətirməklə yanaşı sanki qayda pozuntuları törətməyə meyilli şəxsləri də həvəsləndirir. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin  şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlama verib.


O bildirib ki, yol polisi ilə heç bir dəqiqləşdirilmə aparmadan kütləvi informasiya vasitələrinin də belə görüntüləri yayması ciddi narahatlıq doğurur. Çünki bu görüntülərin yayılması elə bil ki sürücüləri qayda pozmağa təşviq edir. Belə ki, son olaraq yayılan qəza videosunda yol polisinin sürücünü təqib etdiyi və bu səbəbdən də qəza baş verdiyi bildirilib. Amma materialda konkret olaraq  həmin nəqliyyat vasitəsinin nə üçün təqib olunduğu  qeyd olunmayıb. Həmin avtomobildə cinayətdə şübhəli bilinən və axtarışda olan şəxsin olub-olmaması, yaxud həmin şəxsin insan həyatı üçün təhlükəli olan ciddi qayda pozuntularına yol verib-verməməsi, narkotik maddə və ya spirtli içkilərin təsiri altında olub-olmaması bilinmir. Lakin yayılan görüntülərdə sadəcə yol polisinin həmin avtomobili təqib etməsi qabardılır. 


“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə  uyğun olaraq, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə hətta məcburi dayandırma vasitələrindən də istifadə edilə bilər.


Hər kəs bilməlidir ki, bütün hallarda polis vətəndaşı səbəbsiz yerə saxlamır və ya məsuliyyətə cəlb etmir. Bir foto, yaxud video çəkib paylaşmaqla sanki sürücülərdə həvəs yaradılır ki, qayda pozuntusu baş versin. Bu kimi görüntülərin yayılması hərəkətin təhlükəsizliyi ilə bağlı aparılan təbliğat işlərinə kölgə salır. Bu baxımdan yol polisi olaraq  hesab edirik ki, belə neqativ materiallar paylaşılmamalı, daha çox qaydalara əməl edilməsi barədə təbliğat xarakterli görüntülər yayılmalı və ən azı bu tip məlumatlar yayılarkən yol polisi ilə mütləq dəqiqləşdirilməlidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man