Karantin qaydalarına riayət etməyənlər cərimələnib - FOTO

İctimai nəqliyyat 03 Fevral 2022 | 11:08
OXUNUB: 509

Zaqatalada karantin rejimi ilə bağlı reyd keçirilib, qaydalara riayət etməyən 18 nəfər cərimələnib
Zaqatalada polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar rayon ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən yoxlamalar zamanı iri marketlərdə, eləcə də digər qapalı obyektlərdə bəzi alıcı və satıcıların tibbi maskadan istifadə etmədikləri aşkarlanıb.

Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Sanitar-gigiyenik normaların pozulmasına şərait yaradan sahibkarlara ciddi xəbərdarlıq edilib.

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən isə ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən olunub.

Tələblərə əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanaraq barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Ümumilikdə keçirilən reydlər zamanı karantin rejiminin qaydalarına riayət etməyən 18 nəfər inzibati məsuliyyətə cəlb olunub.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man