Biri polis olmaqla 3 nəfər öldü - Ağdaşda AĞIR QƏZA - FOTO

İctimai nəqliyyat 02 Fevral 2022 | 15:12
OXUNUB: 941

Ağdaşda baş verən qəzada xəsarət alanlardan biri ölüb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 1-də saat 17 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Qobustan rayon sakini Gülxas Əmrahov idarə etdiyi “Daewoo” markalı avtomobili qarşıda gedən Ucar rayon sakini N.Allahverdiyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Sonradan idarəetməni itirdiyindən avtomobil qarşıdan gələn Şəmkir rayon sakini A.Verdiyevin idarə etdiyi “KamAZ” markalı digər avtomobilə çırpılıb. Nəticədə G.Əmrahov, sərnişinlərindən DİN Baş Mühafizə İdarəsinin Şamaxı Regional Mühafizə şöbəsinin əməkdaşı Pərviz Xudaverdiyev hadisə yerində ölüblər. Xəstəxanaya yerləşdirilən digər sərnişin Şamaxı rayon sakini Şakir Usubov isə orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man