Narkotikin təsiri altında \"avtoşluq\" edən axtarışda olan şəxs saxlanılıb - VİDEO

İctimai nəqliyyat 30 Yanvar 2022 | 10:13
OXUNUB: 2081

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan rayon sakini Müslüm Manafov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun mərkəzi küçələrində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil süni tıxac tətbiq edilməklə dayandırıldıqdan sonra sürücünün narkotik vasitə qəbul etməsinə dair əsaslı şübhələr olduğundan həmin şəxs polis şöbəsinə gətirilib. Tibbi müayinədən keçirildikdən sonra M.Manafovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. O, ifadəsində əməllərini etiraf edib. Araşdırmalar zamanı həmin şəxsin axtarışda olduğu məlum olub.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man