Daxili İşlər Nazirliyindən verilən müvafiq göstərişə əsasən, yol polisləri avtomobillərin qanunsuz parklanmasını təmin etməklə sürücülərdən pul tələb edən ”parkovşik” adlandırılan şəxslərə qarşı reydləri davam etdirir.
Avtosfer.az xəbər verir ki, Yasamal rayonu ərazisində keçirilən tədbirlər zamanı yol polisini görən, parklanmaya nəzarət edən şəxs dırnaqarası xidməti jiletini cibində gizlədərək məsuliyyətdən yayınmağa çalışıb. Polisin keçirtdiyi reyd zamanı qanuni tələbinə məhəl qoymuyanlara da rast gəlinib. Polisə tabe olmayan şəxsləri Post Patrul Xidmətinin əməkdaşları ərazidən uzaqlaşdırıb.
Dövlət Yol Polisinin əməkdaşları sürücülərə digər yol iştirakçılarına maneə törətmədən avtonəqliyyat vasitələrini onlar üçün qanunla nəzərdə tutulmuş yerlərdə park etmələrini və yolun hərəkət hissəsində digər avtomobillərin hərəkətinə maneyə olmamağı tövsiyə edib.
Şəfa Nəsibova
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man