İctimai nəqliyyatda karantin qaydalarını pozan 20-dən çox şəxs cərimələnib.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.
Marşrut və taksilərdə sürücü və sərnişinlərin gigiyenik vasitələr həmçinin sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib.
Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin rejim qaydalarına nəzarətlə bağlı tədbirlər eyni zamanda mağaza, market və digər qapalı məkanlarda da həyata keçirilib.
Ümumilikdə karantin rejim qaydalarını pozan 20-dən çox şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man