Polis şəhərdə monitorinq keçirib - VİDEO

İctimai nəqliyyat 13 Yanvar 2022 | 15:28
OXUNUB: 844

Gəncədə sanitar-karantin qaydaları ilə bağlı monitorinq keçirilib.

Polis əməkdaşları monitorinqə ictimai nəqliyyat, yəni avtobus və taksilərin yoxlanılması ilə başlayıb.

Sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalıdır. Karantin qaydalararını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib.

Polis əməkdaşları şəhər ərazisindəki mehmanxana, kafe-restoranlardakı müştəri və personalların COVID-19 pasportunun olub-olmamasını yoxlayıblar. Polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər apararaq, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah ediblər. Bildirilib ki, qeyd edilən məkanlarda müvafiq dezinfeksiya vasitələri olmalı, xidmət personalı mövcud sanitar qaydalarına riayət etməli, müştərilərə də bu qaydalar xatırladılmalıdır.

Daha sonra monitorinq tədbirləri fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə davam etdirilib. Mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man