Şəkidə yeni piyada svetoforu quraşdırıldı - FOTO - VİDEO

İctimai nəqliyyat 11 Yanvar 2022 | 14:06
OXUNUB: 850

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən verilən məlumata görə, Qax-Zaqatala-Balakən rayonlarına gedən yolun Şəki şəhərinin Salman Mümtaz küçəsindən keçməsi səbəbindən hərəkətin intensivliyinin yüksək olmasını, eləcə də həmin ərazidə, Olimpiya İdman Kompleksinin, Məhkəmə Kompleksinin, Penitensiar Müəssisənin, Sərhəd Qoşunlarının Şəki şəhərində yerləşən N saylı hərbi hissəsinin, Dövlət Yol Polis Bölməsinin, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin və Şəki-Bazar ASC-nin yerləşməsi səbəbindən piyadaların hərəkətinin sıx olmasını nəzərə alaraq, bu gün Məhkəmə Kompleksinin qarşısında yeni piyada svetoforu quraşdırılıb.

Dövlət Yol Polisi, hərəkət iştirakçılarına, xüsusilə də piyadalara müraciət edir ki, arzuolunmaz halların baş verməməsi, qəzalardan uzaq olmaları üçün svetoforun işarələrinə riayət etsinlər.

Qeyd edək ki, Şəki sakinləri piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görülən bu və ya digər tədbirləri müsbət qiymətləndirir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man