Yol polisi daha bir narkoman taksi sürücüsünü yaxaladı - FOTO

İctimai nəqliyyat 10 Yanvar 2022 | 15:53
OXUNUB: 1470

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “VAZ-2106” markalı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.Nəqliyyat vasitəsini idarə edən Ramin Əfəndiyevin narkotik vasitənin təsiri altında olması ehtimal edildiyindən o, bölməyə gətirilib və müayinədən keçirilib.Müayinənin də nəticəsinə əsasən sürücünün marixuana qəbul edib, sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu sübuta yetirilib.
R.Əfəndiyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man