Ağdaşda narkoman taksi sürücüləri saxlanıldı - FOTO

İctimai nəqliyyat 09 Yanvar 2022 | 14:39
OXUNUB: 1833

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Elşən Kərimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan bölməyə gətirilib və təyin olunan ekspertiza zamanı E.Kərimovun marixuana qəbul etdiyi sübuta yetirilib.

Keçirilən digər bir tədbir zamanı isə taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2107” markalı avtomobilin sürücüsü Nurlan Səmədov saxlanılıb. Müayinə zamanı onun marixuana qəbul etdiyi məlum olub.

Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man