Texniki baxış zamanı 285 avtomobildə ciddi qüsurlar aşkarlandı - VİDEO

İctimai nəqliyyat 08 Yanvar 2022 | 13:09
OXUNUB: 589

Ötən il 285 sürücünün qayda pozuntusu texniki müayinə mərkəzində üzə çıxıb. Avtomobilini texniki baxışa təqədim edən həmin sürücülərin nəqliyyat vasitəsində uyğunsuzluq aşkar edilib. Bu barədə məlumatı Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin dövlət avtomobil müfəttişi Kamal Əhmədli deyib. Onun sözlərinə görə, uyğunsuzluq əsasən həmin avtomobillərin mühərrikində aşkarlanıb.

Məlum olub ki, nəqliyyat vasitəsinin mühərrikini sürücülər nasazlıq səbəbindən dəyişdirsələr də bu barədə polisə məlumat verməyiblər. Amma qaydalara görə, mühərrik dəyişdirilərkən üzərindəki nömrə, mütləq qaydada Baş Dövlət Yol Polisi idarəsində avtomobilin texniki pasportunda qeyd edilməlidir. Kamal Əhmədli deyir ki, ötən il texniki baxışa təqdim edilən, digər qaydaları pozan avtomobillərin sürücüləri də aşkar edilib.

Qeyd edək ki, avtomobilin mühərrik nömrəsini texniki pasportda qeyd etdirməyən sürücülər aşkar edildikdə inzibati qaydada 50 manat cərimə olunurlar. Polis sürücülərə tövsiyyə edir ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaqla vaxtında texniki baxışa təqdim etsinlər.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man