Şirvanda avtomobil piyadaları vurub, ölən və xəsarət alanlar var - VİDEO

İctimai nəqliyyat 07 Yanvar 2022 | 00:12
OXUNUB: 2026

Şirvanda avtomobil piyadaları vurub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi səhər saatlarında Salyan-Şirvan yolunun Şirvan şəhəri "Köhnə şəhər" massivindən keçən hissəsində qeydə alınıb. Şirvan sakini, 23 yaşlı Murad Əsgərov minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarında dayanan piyadaları vurub.

Nəticədə Şirvan sakini, 68 yaşlı Vaqif Hüseynov hadisə yerində keçinib. Digər şəxslər - Sabirabad sakini, 42 yaşlı Samir Mehdiyev və Şirvan sakini, 53 yaşlı Vaqif Xudiyev Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Qəza zamanı hadisənin şokunu yaşayan sürücü də xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man