Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini Habil İmanquliyevin etdiyi “VAZ-2106” markalı avtomobil Hacıqabul rayonu ərazisində yerləşən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. H.İmanquliyev polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342-ci maddələri ilə protokollar tərtib olunub.
Sabirabad rayon Məhkəməsinin qərarı ilə H.İmanquliyev 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man