Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı sürücülərə və digər yol hərəkəti iştirakçılarına müraciət ünvanlayıb. İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bayram günləri ilə əlaqədər olaraq DİN rəhbərliyinin göstərişinə əsasən daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində çalışacaq: “Küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi yollarda da nəzarəti gücləndirəcək.
Vaqif Əsədov həmçinin bildirib ki, dekabrın 31 yollarda nəqliyyat sıxlığının müşahidə olunacağı ehtimal edilir.
"Süni sıxlıq və tıxacların baş verməməsi üçün sürücülər dayanma-durma qaydalarını pozmasınlar. Eyni zamanda Neftçilər prospekti, Azadlıq meydanı və yeni Bulvar istiqamətində şəxsi avtomobillərdən az istifadə olunmasını, daha çox ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik. Dənizkənarı Bulvar boyu avtomobillərin park edilməsi qadağandır. Yalnız yeraltı parkinqlərdən istifadə olunmalıdır. Əks təqdirdə yol polisi sərt cəza tədbirləri görəcək."
Yol polisi sürücülərə sürət həddini aşmadan, spirtli içkinin təsiri alıtlnda yola çıxmadan, ötmə-manevr qaydalarına əməl etməklə rahat, təhlükəsiz və uğurlu yol arzulayır, hər bir hərəkət iştirakçısını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı münasibətilə təbrik edir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man