Narkotik çəkib maşın sürən şəxslər saxlanıldı

İctimai nəqliyyat 31 Dekabr 2021 | 15:00
OXUNUB: 1248

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Şəmkir rayonu və Müşfiqabad qəsəbəsi ərazilərində yerləşən stasionar postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıb.

DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Şəmkir rayonu ərazisində yerləşən stasionar postda Sumqayıt şəhər sakini Yaqub Qəniyevin idarə etdiyi “Mercedes”, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən stasionar postda Kamal Sadıqovun idarə etdiyi “Saturun” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə onların barəsində protokollar tərtib olunub. Şəmkir rayon məhkəməsinin qərarı ilə Y.Qəniyev 400 manat məbləğində cərimələnib. Abşeron rayon məhkəməsinin qərarı ilə K.Sadıqov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man