Yol polisi narkoman və "avtoş" sürücüləri həbs etdi - FOTO

İctimai nəqliyyat 27 Dekabr 2021 | 12:32
OXUNUB: 1461

Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaradan, həmin videogörüntüləri sosial şəbəkələrdə yerləşdirən, polisin qanuni tələbini yerinə yetirməyən, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə edən 2 sürücü müəyyən edilərək saxlanılıb, barələrində müvafiq rayon məhkəmələri tərəfindən həbs inzibati tənbeh tədbiri tətbiq olunub.

Avtosfer.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Kamran Nəbiyev tibbi müayinədən keçirilərkən onun narkotik vasitə istifadə etməsi aşkar edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib edilib.  

Sabunçu rayon məhkəməsinin qərarı ilə K.Nəbiyev 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhərində yaşayan Rəşad Abasov müəyyən edilərək saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 (Avtoxuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib edilib.  

Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Abasov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs edilib.

Leyla

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man