Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bir neçə BMW və VAZ markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib.
Belə ki, araşdırmalar zamanı həmin avtomobillərdə çoxavazlı səs siqnalları, şüşələrində isə görməni məhdudlaşdıran plyonkalar müəyyən edilib.
Polis əməkdaşları tərəfindən “Mercedes-Benz”in sürücüsü Ağa Musayevin avtomobilə məxsus qeydiyyat nişanlarında qanunsuz dəyişiklik etməsi aşkar edilib. Saxlanılan zaman o, polisin qanunu tələbinə tabe olmayıb.
Polis əməkdaşları tərəfindən şəhər sakini Sahib Rzayevin idarə etdiyi “Opel” markalı avtomobil ilə şəhər ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu üçün saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.
Həmin şəxs barəsində İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyətı üzrə məhkəməyə göndərilib.
Bu və digər qayda pozan sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.
Şərh yaz
Xəbər haqqında fikirlərinizi yazın
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man