Maşınını saxladığı yeri xatırlamadı, polisə qaçırıldığını dedi

İctimai nəqliyyat 24 Dekabr 2021 | 12:22
OXUNUB: 948

Gəncədə avtomobilinin yerini xatırlamayan sərxoş sürücü polisə maşının qaçırıldığı barədə məlumat verib.

Şəhər sakini Ş.Məmmədov dekabrın 23-də “102”yə zəng edərək ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə avtomobil şəhər ərazisində aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaş özü bir gün əvvəl sərxoş olduğu üçün avtomobili yeyib- içdiyi kafenin qarşısında saxlayıb. Səhər oyanan zaman isə yeri xatırlamadığından avtomobilin qaçırıldığını zənn edib. (Qafqazinfo)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man