Dekabrın 22-i axşam saatlarında Bakı Beynəlxalq Avtovağzal yaxınlığındakı avtoyuma məntəqəsində "29" nömrəli avtobus sürücüsü ilə Uber taksidə çalışan sürücü arasında insident yaşanıb. 77 BF 973 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü Quliyev Suliddin Mirzağa oğlu 90 VZ 633 dövlət nömrə nişanlı, 29 nömrəli müntəzəm marşurut xəttinində işləyən avtobusun sürücüsünü döyüb. Hadisəyə səbəb olaraq avtobus sürücüsünün içkili olaraq sükan arxasında olması idda edilir.
Məsələ ilə bağlı Avtosfer.az-a məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli bildirib ki, hər iki sürücü 40-cı polis bölməsinə dəvət olunub. "Hadisənin səbəbləri araşdırılır. Araşdırmadan sonra nəticə barədə müvafiq məlumat veriləcək."
Orxan
Şərh yaz
Xəbər haqqında fikirlərinizi yazın
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man