Qarlı hava ilə bağlı xəbərdarlıq: Bunları mütləq edin - FOTO

İctimai nəqliyyat 22 Dekabr 2021 | 13:56
OXUNUB: 973

"Bakıda qış fəsli ilə əlaqədar qarlı, şaxtalı, qeyri-sabit hava şəraiti gözlənilir. Hava şəraiti ilə əlaqədar hərəkətin tənzimlənməsində polis təlimatlandırılıb." Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.O, hərəkət iştirakçılarının nələrə fikir verməli olduqlarını da açıqlayıb.

Qeyd edib ki, qış aylarında havanın qeyri-sabit keçməsi ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olmalıdır.

"Tıxacların qarşısının alınması üçün nəqliyyatın hərəkətinin sıx və intensiv olduğu yerlərdə naryad qruplarının sayı artırılacaqdır.

Sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər.

Sürücülər sürətlə avtomobili idarə etməməli, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etməlidir.

Hərəkətin intensiv olduğu küçələrdə avtomobillər yol kənarlarına park edilməməlidir.

Tövsiyə olunur ki, sürücülər enişli-yoxuşlu yollarda diqqətli olmalı, mümkün qədər səxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Piyadalar səkilərlə, onlar üçün nəzərdə tutulan keçidlərlə hərəkətə üstünlük versinlər."

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man