”Patı” çəkib, avtomobil idarə edən şəxs həbs olundu - Ağsuda - FOTO

İctimai nəqliyyat 21 Dekabr 2021 | 17:00
OXUNUB: 8513

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı psixotrop maddənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşları “QAZ-24” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi versələr də, o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsinin hərəkəti dayandırılıb. Yoxlama zamanı avtomobili sürücülük hüququ olmadan idarə edən Vüsal Quliyevin narkotik vasitənin təsiri altında olmasına dair şübhələr yaranıb. Bu səbəbdən həmin şəxs polis şöbəsinə gətirilib və müayinə zamanı onun psixotrop maddə olan metamfetamin (patı) qəbul etdiyi məlum olub.

V.Quliyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man