"Nəşə" çəkib taksi sürən şəxs postda tutuldu: "Çəkib evə gedirdim..." - VİDEO

İctimai nəqliyyat 21 Dekabr 2021 | 09:00
OXUNUB: 4391

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücünü aşkarlayıb. Avtosfer.az xəbər verir ki, 99 PV 146 dövlət nömrə nişanlı, "Khazar" markalı avtomobil sürücüsü, 1961-ci il təvəllüdlü Quliyev İlham Bəyiş oğlu qayda pozduğu üçün Ekoloji Nəzarət Bölüyünün stasionar postunda saxlanılıb. Onun hərəkətləri şübhə yaratdığı üçün narkoloji testdən keçirilib. Eyni zamanda sürücü özü cibindən narkotik vasitəni çıxararaq istifadə etdiyini etiraf edib.  

DYP əməkdaşları sürücü barəsində inzibati qaydada protokol tərtib edib və haqqında toplanmış materiallar aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə təqdim olunub. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələbini pozmaqda təqsirli bilərək 6 ay müddətində sürücülük hüququndan məhrum edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man