Yol polisinin keçirdiyi rəsm müsabiqənin iştirakçıları mükafatlandırılıb - FOTO

İctimai nəqliyyat 17 Dekabr 2021 | 15:46
OXUNUB: 574

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 2021-ci il üçün elan etdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində birinci yeri qazanan Sumqayıt şəhər 1 nömrəli UGİM-in dərnək üzvü Nərgiz Qasımovanın, Bakı və Sumqayıt məktəbliləri arasından müsabiqəyə qatılaraq fərqlənən 15 iştirakçının, eləcə də tədbirin keçirilməsində fəallıq göstərmiş qurum rəhbərlərinin və müəllimlərin mükafatlandırılması mərasimi keçirilib.

BDYPİ-dən avtosfer.az-a verilən məlumata görə, Bakı və Sumqayıt şəhər 1 nömrəli UGİM-lərdə təşkil olunan tədbirdə qalib və iştirakçılara müvafiq diplom və təşəkkürnamələr təqdim edilib, hədiyyələr verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda təbliğatla bağlı nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilmiş sözügedən müsabiqəyə respublikanın 43 şəhər və rayonundan 335 rəsm əsəri təqdim edilib.

Hazırda respublikanın digər regionlarında müsabiqədə ikinci və üçüncü yerləri tutan qaliblərinin və fəal iştirakçıların mükafatlandırılması mərasimi keçirilir. Tezliklə həmin tədbirlər barədə daha ətraflı məlumat paylaşılacaqdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man