Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü aşkarlayıb. Avtosfer.az xəbər verir ki, Məhəmmədəli Ağayev 36-BH-709 dövlət nömrə nişanlı, "VAZ-2106" markalı avtomobili sərxoş vəziyyətdə idarə edib. Sürücü YPX əməkdaşlarına tabesizlik göstərib. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmmədəli Ağayev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 400, polisin qanuni tələblərinə tabe olmadığı üçün 200 manat məbləğində cərimə edilib. Qeyd edək ki, sürücünün 200 manat ödənilməmiş cərimələri olub və onların da ödənməsi təmin olunub.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man