Baş Dövlət Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücünü aşkarlayıb. Avtosfer.az xəbər verir ki, Ağdam rayon sakini Şükürov Sahib İsmixan oğlunun idarə etdiyi "VAZ 2104" markalı avtomobil Ekologiya postunda saxlanılıb. Araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinədən keçirilib. Məlum olub ki, Sahib Şükürov avtomobili narkotik vasitələrin təsiri altında idarə edir.
YPX sürücünü aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə təhvil verib. İdarədə araşdırmalar zamanı o da bəlli olub ki, Sahib Şükürov cari ilin aprel ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində cərimə tətbiq olunub.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə təqdim olunub. Məhkəmə sürücünü İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilərək barəsində 2 il sürücülük hüququndan məhrum edilməklə 4 gün müddətində inzibati qaydada həbs qərarı qəbul edib.
Avtosfer.az-ın əməkdaşı ilə söhbət zamanı Sahib Şükürov törətdiyi əməldən peşiman olduğunu qeyd edib. Ətraflı videomaterialı təqdim edirik:
Orxan
Şərh yaz
Xəbər haqqında fikirlərinizi yazın
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man