Məktəbin qarşısında "şou" göstərənsürücü həbs olundu - FOTO - VİDEO

İctimai nəqliyyat 15 Dekabr 2021 | 21:01
OXUNUB: 5300

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub.

Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl 255 saylı orta məktəbin önündə "şou" göstərərək aşkar şəkildə təhlükəli manevrlər edən 10-TP-304 dövlət nömrə nişanlı, "VAZ 21043" markalı avtomobilin sürücüsü Baxşıyev Rövşən Hafis oğlu Sabunçu rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə təqdim olunub. 

Məhkəmə sürücünü İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.1.2-ci maddələri ilə təqsirli bilərək barəsində 15 gün müddətində inzibati qaydada həbs qərarı çıxarıb.

Orxan 

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man