Aeroport yolunda yeni müşahidə kameraları quraşdırılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sözügedən kameralar elektron qaydada protokol tərtib olunması mümkün olan bütün yol hərəkəti pozuntularını qeydə ala bilir.
Buraya, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, işıqfordan keçmək, manevr, yolayrıcını keçmə, yol nişanlarının tələblərinin pozulması və s. pozuntular aiddir.
İddialara görə, sözügedən kameralar hətta sükan arxasında telefondan istifadəni də qeydə ala bilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Lent.az-a həmin yolda yeni kameraların quraşdırıldığını təsdiqləyib. Qeyd edib ki, bir ay əvvəl sözügedən ünvanda köhnə kameralar yeniləri ilə əvəz olunub. Yeni kameralar bütün qayda pozuntularını qeydə almaq funkisiyasına malikdir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man