Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 9-da Bakı-Qazax yolunun 47-ci kilometrliyində yerləşən postda Salyan rayon sakini Əli Cəfərlinin idarə etdiyi “VAZ-21154”, Sabirabad rayonunun Nizami kəndi ərazisində yerləşən postda isə Şirvan şəhər sakinləri Ceyhun Vahidovun idarə etdiyi “VAZ-2121” və Tural Qaytaranovun idarə etdiyi “RAF” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Ə.Cəfərli, 333.1-ci maddəsi ilə C.Vahidov, 331.2-ci, 342.2-ci və 334.1-ci maddələri ilə isə T.Qaytaranov barəsində protokollar tərtib olunub.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Ə.Cəfərli 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 400 manat cərimələnib, Şirvan şəhər məhkəməsinin qərarı ilə C.Vahidov 10 ay müddətinə sürücülük hüququndan məhrum edilib, T.Qaytaranov isə 5 gün müddətdinə inzibati həbs edilib.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man