Yollarda ciddi TƏHLÜKƏ: "Prius"lar niyə tez-tez qəza törədir? - DYP açıqladı

İctimai nəqliyyat 02 Dekabr 2021 | 12:08
OXUNUB: 5018

"Son zamanlar "Toyota Prius" markalı avtomobilərinin idarə edilməsi faktları çoxaldığından, baş vermiş yol-qəza hadisələrində adının hallanması təsadüfi deyil”. Bunu Sfera.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  deyib. O bildirib ki, axır vaxtlar ölkəyə daha çox bu markalı avtomobillər gətirilir: "Görünür, "Toyota Prius”lar sürücülər üçün daha sərfəlidir. Yəni bu tipli avtomobil idarə edənlər amortizasiya xərclərinin azalması, yanacaq sərfiyyatı, ehtiyat hissələri və digər göstəriciləri nəzərə alır. Ona görə də, bu avtomobillərin gətirilməsinə üstünlük verirlər. Açıq etiraf etmək lazımdır ki, bu avtomobillərdən bütün istiqamətlər üzrə istifadə edənlər çoxdur. Məsələn, taksi fəaliyyəti ilə məşğul olanların əksəriyyəti "Toyoya Prius”dan istifadə edir. Maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrində bu tipli avtomobillərin sayı kifayət qədərdir. Yaş həddinə gəldikdə isə, həmin avtomobilləri idarə edənlər arasında 26-35 arası gənclər çoxluq təşkil edir. Onların da əksəriyyətini ya müştəri tələsdirir, ya da deyilən ünvana tez çatmaq adı ilə tələsirlər. Bu, sərnişin daşıma ilə məşğul olan sürücülərin bizə verdiyi informasiyalardır”.

Müsahibimiz qeyd edib ki, yol hərəkətində tələsmək qəzaya səbəb olan əsas faktorlardan biridir: "Birmənalı olaraq, sükan arxasında oturan şəxs tələsməməlidir. Bir daha avtomobil sürücülərinə məlumat üçün bildirirəm ki, yol hərəkətində tələsmək real yol-nəqliyyat hadisəsinin yaşanması və ya baş verməsi deməkdir. Sürücü idarəetmədən diqqətini yaymamalı, hərəkət istiqamətində təmkinli olmalı, normal sürət həddi seçməli, ara məsafəsini düzgün saxlamalı və yolboyu qoyulmuş nizamlayıcı texniki vasitələrini, yol nişanlarını nəzərə almalı, dairəvi hərəkət təşkil edən ərazilərdə qoyulan tələbləri düzgün yerinə yetirməlidir ki, ən azı qəza hadisəsi olmasın. Özünə və başqa hərəkət iştirakçılarına da xəsarət və ya maddi zərər yetirməsin. Təəssüf ki, sözügedən avtomobilin sürücüləri bu göstəriciləri bəzən yaddan çıxarır və son nəticədə də yol qəza hadisələrinin baş verməsinə səbəb olurlar”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man