Masallıda DYP reyd keçirib, 20 sürücü cərimələnib - FOTO

İctimai nəqliyyat 21 Noyabr 2021 | 16:24
OXUNUB: 566

Yollarda baş verə biləcək qəza hadisələrinin qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə Masallıda dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəhərin müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı ictimai nəqliyyatda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər aşkarlanıb və barələrində inzibati protokollar tərtib edilib. Tədbirlər zamanı həmçinin ixrac etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edənlər, müvafiq fərqlənmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər, mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar aşkarlanıb. Reyd zamanı ümumilikdə 20-yə yaxın müxtəlif qayda pozuntularına yol verən sürücü barəsində inzibati protokol tərtib edilib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man