Bakı şəhər Dövlət Yol Polisi İdarəsində səs-küy salaraq maneə yaradan şəxs həbs olunub. Bu barədə Avtosfer.az-a İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, vətəndaş Cəbiyev Nurlan Aqil oğlu Dövlət Yol Polisi İdarəsibə gələrək başqa bir sürücünün qayda pozuntusunun araşdırılmasına mane yaradıb. Həmin sürücünün qanunun tələblərini pozmadığını deyərək hay-küy salıb. Eyni zamanda polisinin qanuni tələblərinə tabe olmayıb.
İdarəyə 28-ci polis bölməsinin əməkdaşları dəvət edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protocol tərtib olunub. Toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Cəbiyev Nurlan Aqil oğlu 8 gün müddətində inzibati qaydada həbs edilib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man