Postda saxlanılan sürücü yol polisini şoka saldı - Narkoman, vəsiqəsiz, borclu

İctimai nəqliyyat 10 Noyabr 2021 | 12:31
OXUNUB: 2049

Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 8-də saat 12 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-nin Yol Patrul Xidməti Alayının postunda Sumqayıt şəhər sakini M.Əhmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı onun sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığı aşkar edilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, polis əməkdaşlarında M.Əhmədovun narkotik vasitə qəbul etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
M.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) protokol tərtib olunub və Masallı rayon məhkəməsi tərəfindən 500 manat məbləğində cərimələnib.

Polis əməkdaşları tərəfindən M.Əhmədovun borclu qismində axtarışda olması da müəyyən edilib.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man