Zəfər Günü sosial şəbəkələrdə Bakıda özünü qazi kimi təqdim edən şəxslə yol polisi arasında mübahisəni əks etdirən görüntülər yayılıb.
Görüntülərdə sükan arxasında əyləşən hərbi geyimli sürücünün polis polkovniki ilə mübahisə etdiyi görünür. Belə ki, polis sürücüdən avtomobili ərazidən çıxarmasını tələb etsə də, qarşı tərəf bununla razılaşmır.
Yayılan görüntülərlə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov saytımıza bildirdi ki, həmin sürücünün qazi olması ilə bağlı şübhəsi yoxdur: “Qazi olsa belə, tələbləri yerinə yetirməlidir. Demişəm, araşdırma aparsınlar. Bu məsələ ilə bütün ictimaiyyət maraqlanır. Dünən elə bu geyimdə xeyli yol-nəqliyyat hadisəsi baş verib. Hərbi formada olanların bəziləri ilə belə mübahisələr olub. Qaziyə yaraşmayan hərəkətlər olmaz. Qazi paltarını geyinən, gərək tələblərə uyğun hərəkət eləsin”.
Həmin görüntüləri təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man