Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycan Respublikası ərazisində əcnəbi vətəndaşların yol hərəkəti qaydalarına əməl etməsinin hüquqi əsasları barədə açıqlama verib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının yol hərəkəti haqqında qanunu vətəndaşlarımızla yanaşı respublika ərazisindən tranzit keçən, müvəqqəti olan (viza rejimi əsasında, vizada göstərilən müddət ərzində və vizasız rejimdə müəyyən olunmuş müddətə), müvəqqəti yaşayan, daimi yaşayan, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə eyni hüquqi qüvvədədir:
“Burdan da aydın olur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə, qanun qarşısında hər kəs hüquq çərçivəsində bərabər vəzifələri və məsuliyyəti daşıyır. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə törətdikləri inzibati xətalara görə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17-ci maddəsinə uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdən getməsinin müvəqqəti məhdudlaşdırılması qaydaları nəzərdə tutulub.
Həmin maddənin 17.1.7-ci bəndində bu kateqoriyadan olan şəxslərin inzibati xəta törətdikdə inzibati tənbeh tədbirləri icra edilənədək ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur”.
“Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etdikdən sonra barəsində qüvvədə olan inzibati məsuliyyətinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətdən yayınması halları olduqda onun ölkə ərazisinə daxil olarkən aidiyyəti dövlət orqanının vəsatəti və məhkəmənin qərarına əsasən qanunvericiliyin tələbləri çərçivəsində həmin şəxsin ölkə ərazisinə girişinə məhdudiyyətin qoyulması həyata keçirilə bilər.
Bunun üçün də hüquqi statusundan asılı olmayaraq, hər bir şəxsin yaşadığı ölkənin qanunlarına hörmətlə yanaşması zəruridir. Heç kim unutmamalıdır ki, qanunları bilməmək onları məsuliyyətdən azad etmir. Hər bir kəsin qanunvericiliyin tələblərinə əməl etməsi, xüsusilə yol hərəkəti qaydalarına riayət etməsi şəxsin özünün və ətrafındakı insanların həyat və sağlamlığını etibarlı şəkildə qoruyur və onu məsuliyyətdən azad edir”, - deyə o qeyd edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man