Partiya sədrinin maşınını "ştrafnoya" aparan yol polisləri cəzalandırıldı

İctimai nəqliyyat 29 Oktyabr 2021 | 14:21
OXUNUB: 45666

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYP)  Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun Şuşaya gedərkən avtomobilini cərimə meydançasına aparan dövlət yol polisi əməkdaşlarını cəzalandırıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, onlar ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

Partiya sədrinin hadisə baş verən gün - oktyabrın 7-də reydin qanunsuz keçirilməsi ilə bağlı sosial şəbəkə üzərindən Baş Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciət araşdırılıb.

İdarədən bildirilib ki, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə dövlət yol polisi əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

A.Şakiroğlu açıqlamasında deyib ki, yaranmış qanuna zidd və xoşagəlməz hadisə üzücüdür.

 

"Çalışmaq lazımdır ki, bu tip qanuna zidd və əsassız saxlamalar, vətəndaşları yormaq kimi hallar olmasın. Hər zaman obyektiv və qərəzsiz olmağa çalışan insanam. Neqativləri dilə gətirdiyim kimi pozitiv, müsbət addımları da hər zaman söyləyirəm. Obyektiv tənqidin cəmiyyətimizi inkişaf etdirdiyini düşünürəm. Daxili İşlər Nazirliyinin rəhbərliyinə, şəxsən nazir Vilayət Eyvazova, general Ramiz Zeynalova və DİN İctimaiyyətlə əlaqələr şöbəsinin bütün əməkdaşlarına təşəkkür edirəm. Problemin dərhal nəzarətə götürülüb, xidməti yoxlamaya başlanılması, vəzifələrinin icrası zamanı nöqsana yol vermiş DYP əməkdaşlarının cəzalandırılması haqqında qərarın qəbul edilməsi bir daha göstərir ki, Daxili İşlər Nazirliyi şikayətlərin araşdırılmasında, dərhal reaksiya verilməsində ən operatividir. İnanmaq istərdim ki, bu kimi neqativ hallar bir daha olmayacaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man